İsrail səfiri Bağırzadəni cavabsız qoymadı

israil-sefiri-bagirzadeni-cavabsiz-qoymadi
Oxunma sayı: 4195

İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Corc Dik tvitterdə Əməkdar artist Bəhram Bağırzadənin görüntülərini paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, paylaşılan videoda məşhur aktyorun C. Dikin Azərbaycan xalqını 28 May- Respublika Günü münasibəti ilə təbrikinə cavabı yer alıb.

İvritcə danışan Bağırzadə qeyd edir: “Salam, hörmətli səfir. Respublika Günü münasibətilə təbriklərinizi izlədim. İsrail xalqına da sülh, təhlükəsizlik və firavanlıq arzu edirəm. Bu diləklər müqəddəs torpaq olan İsrail dövlətində hər zaman eşidilsin. Arzu edirəm ki, bütün xalqlar sülh içində yaşasınlar. Və torpağın məhsuldarlığı davamlı olsun”.

Səfir isə Əməkdar artistin müraciətinə həm ingilis, həm də Azərbaycan dilində cavab verib: “Respublika Günü təbrikimə nə qədər yaxşı bir cavab! İvritcən mənim azərbaycancamdan yaxşıdır, amma yaxşılaşdıracağam. Çox sağ ol”.