İsraildə son iki gün - Fotolar

israilde-son-iki-gun
Oxunma sayı: 3204

İsraildə son iki gün ərzində məhkəmə islahatları ilə bağlı etiraz aksiyaları keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda ölkədə ümummilli etirazlar başa çatıb.

Qeyd edək ki, İsraildə müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsindən sonra martın 26-sı ölkədə kütləvi etiraz aksiyası başlayıb. Qalantın istefa xəbərini ölkənin Baş naziri Benyamin Netanyahu elan edib. Qalant məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu bəyan etdikdən sonra Baş nazir bu barədə qərar qəbul edib. Aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb.

Aksiyadan fotoları təqdim edirik: