İsrailə hücum zamanı 7 yaşlı qız ağır xəsarət aldı

israile-hucum-zamani-7-yasli-qiz-agir-xesaret-aldi
Oxunma sayı: 4373

İrandan gələn hücumun qarşısını almaq məqsədilə İsrailin atdığı raketin qəlpələri 7 yaşlı qıza ağır xəsarət yetirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İsrailin fövqəladə xidməti məlumat verib.

Qeyd edilib ki, ağır kəllə-beyin travması alan azyaşlı xəstəxanaya yerləşdirilib.

Bundan əlavə bildirilib ki, dron və raket hücumları zamanı baş verən çaxnaşmada 31 nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.