“Aston Villa” Avropa Liqasının çempionu oldu - Video-Yenilənib

aston-villa-avropa-liqasinin-cempionu-oldu
Oxunma sayı: 4101

Bu gün UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq. 

“Qafqazinfo” xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gələcək.

İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı Fransadan olan referi Fransua Leteksye idarə edəcək.

Avropa Liqası
Final

23:00 “Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə)
İstanbul. “Beşiktaş Park”

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin “Tottenhem” klubu olub.

***

Matç başladı.

***

Yuri Tilemans 41-ci dəqiqədə hesabı açır.

***

Emiliano Buendia 45+3-cü dəqiqədə hesab arasındakı fərqi artırır.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Morqan Rocers 59-cu dəqiqədə hesabı 3:0 edir.

***

Matç “Aston Villa”nın 3:0 hesablı qələbəsi ilə başa çatır. Bununla da onlar tarixlərində ilk dəfə UEFA Avropa Liqasının qalibi olurlar. Birminhem təmsiliçisi son dəfə Avropa səhnəsində 44 il öncə – 1982-ci ildə UEFA Çempionlar Kubokunun (indiki Çempionlar Liqası – red.) çempionu olmuşdu.