Gələn il Ukraynada prezident seçkiləri keçirilə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin müşaviri Mixail Podolyak bildirib.
“Ukraynada seçkilər müəyyən şərtlər daxilində 2027-ci ilin yazında keçirilə bilər. Əgər sülh razılaşması əldə olunarsa, hadisələrin bu cür inkişaf perspektivi mümkündür”, - o qeyd edib.
M.Podolyak vurğulayıb ki, seçkilərin keçirilməsi nə bu ilin yazında, nə də payızında mümkündür. Yalnız daimi atəşkəsdən üç ay sonra seçkilərlə bağlı prosedurlara başlanıla bilər.
Son xəbərlər
Son Xəbərlər