İstanbulda kilsəyə hücum edənlərin hər ikisi saxlanıldı - Yenilənib

istanbulda-kilseye-hucum-edenlerin-her-ikisi-saxlanildi
Oxunma sayı: 6532

İstanbulda katolik kilsəsində silahlı hücum olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Avropa hissəsində, Sarıyer rayonundakı Müqəddəs Məryəm kilsəsində qeydə alınıb.

Maskalı iki nəfər tərəfindən hədəf alınan C.T silahlı hücum nəticəsində həyatını itirib.

Hadisə yerinə polis bölmələri cəlb olunub.

***

Sarıyerdəki kilsəyə silahlı hücum həyata keçirməkdə şübhəli bilinənlərdən biri saxlanılıb.

***

İstanbulda kilsəyə silahlı hücum edən hər iki şəxs saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat verib:

“Bu səhər Sarıyer “Santa Maria” Kilsəsində bazar günü ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızı öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Hadisəni törədənləri müəyyən edib yaxalayan qəhrəman polislərimizi təbrik edirəm. Həyatını itirən vətəndaşımızın ailəsinə və yaxınlarına bir daha başsağlığı verirəm”.