İstifadəyə yararlı çimərliklərin ilkin siyahısı açıqlandı

istifadeye-yararli-cimerliklerin-ilkin-siyahisi-aciqlandi
Oxunma sayı: 2293

“Novxanı, Goradil, Sabunçu rayonunda Nardaran, həmçinin Zağulba çimərliyi baktereoloji baxımdan aparılmış müayinələrin nəticəsinə görə əhalinin istifadəsi üçün yararlı hesab oluna bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ETSN-in Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” verilişində bildirib.

Onun sözlərinə görə, hazırda digər çimərliklərdə, o cümlədən bölgələrdə tədqiqatlar davam etdirilir. Çimərlik mövsümünün açılmasına yaxın hansı çimərliklərin yararlı olub-olmamasına dair bütün nəticələr məlum olacaq.

Gülnar Əliyeva