İtaliya səfirliyindən təbrik

italiya-sefirliyinden-tebrik
Oxunma sayı: 1845

İtaliyanın Azərbaycandakı səfirliyi Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat səfirliyin rəsmi tviter hesabında paylaşılıb.

"Bu bayram günündə İtaliya Səfirliyi bütün Azərbaycan xalqına sülh, təhlükəsiz və rifah dolu bir gələcək arzulayır", - deyə paylaşımda qeyd olunub.