İtaliya Tehran səfirliyini bağlayır.
“Qafqazinfo” xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tayani Senatda jurnalistlərə açıqlamasında bildirib.
Nazir təhlükəsizlik səbəbindən İtaliyanın Tehrandakı səfirliyinin müvəqqəti olaraq bağlanacağını və diplomatik heyətin Azərbaycanın paytaxtı Bakıya köçürüləcəyini açıqlayıb.
Onun sözlərinə görə, Tehrandakı İtaliya səfirliyinin müvəqqəti bağlanması barədə qərar qəbul edilib:
“Təhlükəsizlik səbəbindən Tehrandakı səfirliyimizi müvəqqəti olaraq bağlamaq və işçilərimizi Bakıya köçürmək qərarına gəldik”.
Antonio Tayaninin sözçüsü də açıqlamanı təsdiqləyərək, İtaliyanın Tehrandakı səfirliyinin müvəqqəti olaraq bağlandığını bildirib.
Bununla yanaşı, sözçü vurğulayıb ki, bu qərar İtaliya ilə İran arasında diplomatik münasibətlərin kəsildiyi anlamına gəlmir.
Məlumata görə, İtaliyanın bu qərarı bölgədə artan təhlükəsizlik riskləri və İran ətrafında yüksələn hərbi gərginlik fonunda qəbul edilib.
Bildirilir ki, Tehrandakı diplomatik personal müvəqqəti olaraq Azərbaycanın paytaxtı Bakıda yerləşdiriləcək.
Son xəbərlər
Son Xəbərlər