İtaliyadakı festivalda Azərbaycan uğurla təmsil olunub

italiyadaki-festivalda-azerbaycan-ugurla-temsil-olunub
Oxunma sayı: 688

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzinin nəzdindəki musiqi məktəbində fortepiano şöbəsində təhsil alan, Dünya Azərbaycanlıları Konqresinin (DAK) ən gənc (14 yaş) üzvü Emin Eminzadə Bakı səhnəsində solo konsert verən əfsanəvi tenorun konsertində “Jamayka”, sonra isə digər gənc solist İslam Qasımovla birgə “O Sole Mio” mahnısını ifa etmişdi. Festivalın ilk günü Azərbaycanın gənc vokalçısı Robertino Lorettinin “Jamayka” və “O Sole Mio” mahnılarını ifa edib. 14 yaşlı azərbaycanlının İtaliya mahnısını bu cür məharətlə ifa etməsi ayaqda alqışlanıb və tamaşaçılarda böyük coşqu yaradıb. Nəticədə Emin Eminzadə ən yüksək nəticə qazanaraq "Elia Catalano" milli festivalının laureatı olub. Mükafat gənc solistə festivalın Təşkilat Komitəsinin rəhbəri, maestro Fabrizio Masci tərəfindən təqdim olunub. İyulun 15-də isə Emin Eminzadə dünya şöhrətli müğənni Robertino Loretti və ailəsinin qonağı olub. Əfsanəvi toner gənc solistimizə Romada bir neçə günlük “Master class” keçir. Emin Eminzadənin səsinə və sənətinə vurğun olduğunu bir daha qeyd edən Robertino Loretti onu payızda Moskvada keçiriləcək yubileyinə dəvət edib. İyulun 16-da Emin Eminzadə Romanın mərkəzində, Trastevere səmtində düzənlənmiş “Elia Catalano" milli festivalının qala konserti olan möhtəşəm “Festa de noantri” konsert proqramında çıxış edib. Konserti böyük tamaşaçı kütləsi izləyib. Qonaqlar arasında Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıxov və diplomatik korpusun ona yaxın əməkdaşı iştirak edib.