İtkin düşən Fatimə tapıldı

itkin-dusen-fatime-tapildi
Oxunma sayı: 14846

Xəbər verdiyimiz kimi, Ucar rayon Küçəkənd kənd sakini, 1996-cı il təvəllüdlü Fatimə Quliyeva noyabrın 11-də Naftalanda yaşayan valideynlərinin evindən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki,  Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Fatimə Quliyevanın Bakı şəhərində olduğu müəyyən edilib.

 F. Quliyeva izahatında ailəsini könüllü tərk etdiyini və geri dönmək istəmədiyini deyib.