Kadırovun 16 yaşlı oğlu yüksək vəzifəyə təyin olundu

kadirovun-16-yasli-oglu-yuksek-vezifeye-teyin-olundu
Oxunma sayı: 10527

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun oğlu Adam Kadırov yüksək vəzifəyə təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çeçenistan milli siyasət, xarici əlaqələr, nəşriyyat və informasiya naziri Əhməd Dudayev məlumat yayıb.

Onun sözlərinə görə, 16 yaşlı Adam Kadırov Çeçenistan rəhbərinin təhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Adam Kadırov ötən ay Çeçenistan Qəhrəmanı adına layiq görülüb.