Kamaləddin Heydərov Elçin Quliyevlə quda oldu

kamaleddin-heyderov-elcin-quliyevle-quda-oldu-
Oxunma sayı: 13893

Azərbaycanda yüksək çinli məmurların quda olmaları artıq ənənə halını alıb. Bu günlərdə bu ənənəyə daha bir nümunə əlavə olunub. Belə ki, Azərbaycanın ən nüfuzlu insanlarından biri, fövqəladə hallar naziri Kamaləddin Heydərov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə qohum olub. “Qafqazinfo”nun məlumatına görə, Kamaləddin Heydərov kiçik oğlu Nicat Heydərova Elçin Quliyevin qızını nişanlayıb. Nişan mərasimi bu günlərdə keçirilib. Mərasim şahidi olan qonşuların dediyinə görə, nişanda hər iki ailənin başçıları iştirak ediblər və məclis el adətinə uyğun, olduqca sadə təşkil olunub.

Elçin Quliyevin qızının ötən il ali məktəbə daxil olduğu bildirilir.

Nicat Heydərov isə böyük qardaşı Tale Heydərov qədər geniş ictimai və biznes fəaliyyəti ilə məşğul olmasa da, o da atasının sahib olduğu bir çox müəssisələrə məsuldur.

Qeyd edək ki, Kəmaləddin Heydərovun övladları bir çox məmur övladlarından fərqli olaraq indiyə qədər mətbuatda yalnız müsbət tərəfdən işıqlandırılıb. Onların sadəliyi, daha çox isə işgüzar mövqedə olmaları, o cümlədən diaspor fəaliyyəti göstərmələri mətbuatda xüsusi vurğulanan məqamlardandır.

Xatırladaq ki, ötən il Kamaləddin Heydərovun böyük oğlu Tale Heydərov sadə bir ailənin qızı ilə ailə həyatı quraraq dəbdəbədən uzaq toy edib.

Təbrik edirik!