Kamil Eyyubov video-müraciət yaydı - “Hər bir səs həlledicidir”

kamil-eyyubov-video-muraciet-yaydi
Oxunma sayı: 2566

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Kamil Eyyubov təbliğat-təşviqat kampaniyası çərçivəsində video-müraciət yayıb. “Qafqazinfo” xəbər verir ki, namizəd müraciətində seçicilərə səslənərək onları bütün namizədlərin görüşlərində iştirak etməyə çağırıb:

“İnanıram ki, bütün namizədlərin görüşlərində iştirak etsəz, seçim etmək şansınız çoxalacaq. Nə qədər çox namizədlə görüşsəz, onların səmimiyyətini daha yaxşı ayıra biləcəksiz. Unutmayın ki, seçdiyiniz şəxs 5 il ərzində sizi təmsil edəcək.

Sizdən xahiş edirəm ki, mütləq qaydada seçkidə iştirak edin. Hər bir səs həlledicidir.

Elimiz üçün görmək istədiyimiz işlər o qədər böyükdür ki, onu heç bir platformaya sığdırmaq mümkün deyil”.