Kamran Əliyev Münhenin Baş prokuroru ilə görüşdü

kamran-eliyev-munhenin-bas-prokuroru-ile-gorusdu
Oxunma sayı: 2515

Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

"Qafqazinfo" xəbər verir ki, qonaqları qəbul edən Azərbaycanın Baş prokuroru Kamran Əliyev görüşdə ölkələrimiz arasında hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Yeni strukturda yer almış cinayət təqibindən kənar icraatlar və əmlakların bərpası üzrə fəaliyyət istiqamətləri barədə qonaqları məlumatlandırıb.

Reinhald Röttle rəhbərlik etdiyi Bavariya vilayətinin prokurorluq orqanları ilə ölkəmizin prokurorluq orqanları arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib. Narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, terrorçuluq və dini ekstremizmə qarşı mübarizədə ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığın zəruri olduğu vurğulanıb.

Görüşdə Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann iştirak edib.