Kanalda batan uşağın axtarışları davam edir - Video - Yenilənib

kanalda-batan-usagin-axtarislari-davam-edir
Oxunma sayı: 3504

İmişlidə 10 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaragüvəndikli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu ehtiyatsızlıqdan su kanalına düşüb. Suda boğularaq ölən azyaşlının meyitini tapmaq mümkün olmayıb.

Hazırda axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.