Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək - Foto

kanoecimiz-polsada-kecirilecek-dunya-cempionatinda-istirak-edecek
Oxunma sayı: 191

26-30 avqust tarixlərində Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Çempionatı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyası yarışda Tatyana Smilovenko ilə təmsil olunacaq.

Komandaya kanoe üzrə yığmanın baş məşqçisi Aleksandr Jukovski rəhbərlik edəcək.

Xatırladaq ki, Tatyana iyulda Macarıstanın Seqed şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.