Karantini pozan müğənni polis bölməsinə aparıldı - Foto

karantini-pozan-mugenni-polis-bolmesine-aparildi
Oxunma sayı: 18483

Binəqədi rayonu Abay Kunanbayev küçəsi “Bolluq” bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, mağaza sahibi, orada olan satıcılar və  müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar və ərazi üzrə Binəqədi RPİ-nin 5 ci Polis Bölməsinə aparılıblar. 

Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslərdən biri müğənni Nəfəsdir. 

Əməliyyatı Əlahiddə Çevik Polis Alayının əməkdaşları keçirib.

Murad Əhməd