Qətər millisinin baş məşqçisi Karluş Keyruş vəzifəsindən ayrılıb.
“Qafqazinfo” Qətər Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, noyabrda Qətər millisi DÇ-2026-nın seçmə mərhələsinin ikinci mərhələsində Əfqanıstan (8:1) və Hindistanı (3:0) məğlub edib. Yığma 6 xalla A qrupunun cədvəlinə başçılıq edir.