Kazan və Moskvadan uçan təyyarələr Bakıya endi - Yenilənib

kazan-ve-moskvadan-ucan-teyyareler-bakiya-endi
Oxunma sayı: 1599

Regional hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən “Flydubai” aviaşirkətinə məxsus Kazan-Dubay və Moskva-Dubay marşrutları üzrə hərəkət edən hava gəmilərinin kapitanları ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün müraciət ediblər.

“Qafqazinfo” xəbər verir ki, Kazan-Dubay reysi yerli vaxtla saat 11:25-də, Moskva-Dubay reysi isə saat 11:43-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz şəkildə eniş edib. 

Hər iki halda sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi tam təmin olunub, eniş və sonrakı əməliyyat prosesləri mövcud beynəlxalq aviasiya standartlarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat infrastrukturu alternativ və tranzit reyslərin qəbuluna tam hazırlıqlı vəziyyətdədir və regional hava nəqliyyatı sistemində etibarlı ehtiyat hava limanı funksiyasını effektiv şəkildə yerinə yetirməyə davam edir.

***

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən son məlumata görə, “Air Arabia Abu Dhabi” aviaşirkətinə məxsus Əbu-Dabi–Bakı marşrutu üzrə həyata keçirilən ADY 730 nömrəli reys hava məkanının bağlanması ilə əlaqədar olaraq hava gəmisinin kapitanı tərəfindən geri dönmə qərarı qəbul edilib.

Qərara əsasən, reys marşrut üzrə hərəkətini dayandıraraq bazası olan Əbu-Dabi Beynəlxalq Aeroportuna geri qayıdır. Qərar uçuş təhlükəsizliyinin prioritetliyi prinsipi əsas götürülərək qəbul olunub.