Kəmaləddin Heydərov futbol matçında - Foto

kemaleddin-heyderov-futbol-matcinda
Oxunma sayı: 9141

Xəbər verdiyimiz kimi, bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Kiprin “Omoniya” klubunu qəbul edəcək.

“Qafqazinfo”nun məlumatına görə, oyunu izləyənlər arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov da olacaq.

O, matçdan bir neçə dəqiqə öncə qarşılaşmanın keçiriləcəyi Qəbələ şəhər stadionuna gəlib. Gənclər və idman naziri Fərid Qayıbov da VİP tribunada yerini alıb.

Qeyd edək ki, K.Heydərovun oğlu Tale Heydərov “Qəbələ”nin prezidenti olub. O, bu postdan 2019-cu ildə istefa verib.