Kəmaləddin Heydərovun kiçik oğlu- - Nicat Heydərov+Fotolar

kemaleddin-heyderovun-kicik-oglu-
Oxunma sayı: 21089


"Qafqazinfo" modern.az-a istinadən “Məşhurların övladları” adlı rubrikasında bu dəfə Azərbaycanın Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovla bağlı məlumatı təqdim edir:

Kəmaləddin Heydərovun iki oğlu var. Nazirin oğlanlarının adı davranışları və fəaliyyətlərinə görə əsasən müsbət yöndə çəkilib.

Böyük oğlu Tale Heydərovun təqdimata ehtiyacı yoxdur. “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidenti olan Tale Heydərov tez-tez medianın diqqətini cəlb edir, açıqlamalar, müsahibələr verir.

London İqtisadiyyat Məktəbində təhsil almış Tale Heydərov diaspor işində ciddi fəaliyyət sahibidir.

Fövqəladə hallar nazirnin kiçik oğlu Nicat Heydərov barəsində isə çox adam çox şey bilmir. Hətta indiyədək onun şəkli bircə dəfə də Azərbaycan mediasında işıq ucu görməyib. O da nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıb. Yayılan məlumatlara görə, Nicat Heydərov Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin qızını alıb.

Nicat Heydərovun biznes sahəsində fəaliyyət göstərdiyinə dair məlumatlar var. Bildirilir ki, o, «United Enterprises International» Şirkətlər Qrupunun sədr müavinidir. O həmçinin aksiya sahibi kimi şirkətin sahibliyini bölüşür.

Ötənlərdə Nicat Heydərov atası ilə Türkiyədə səfərdə olarkən, məşhur “Trabzonspor” klubunun ofisinə baş çəkiblər. Burada böyük ehtiramla qarşılanan Heydərovlara “Trabzonspor” klubunun geyim formaları hədiyyə olunub.