Kənar dairəvi yoldakı qəzada yaralananların vəziyyəti - Açıqlandı

kenar-dairevi-yoldaki-qezada-yaralananlarin-veziyyeti
Oxunma sayı: 776

Ötən gün Bakının Yasamal rayonunda, Kənar dairəvi yolda qəza zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb. 

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 11:50 radələrində 2  nəfər (1 kişi və 1 qadın) yol-nəqliyyat hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

1972-ci il təvəllüdlü şəxs (kişi) üzərində cərrahi əməliyyat icra olunub. Hazırda koma vəziyyətindədir, süni tənəffüs aparatına qoşulub.

Digər yaralı - 2004-cü il təvəllüdlü şəxslərin də müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. 

Qeyd edək ki, ötən gün “Toyota” markalı minik avtomobili hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılıb. Nəticədə vətəndaşlar deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qalıblar. Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.