Ukraynanın paytaxtı Kiyev şəhərində bu gündən martın 17-nə qədər komendant saatı tətbiq ediləcək.
“Qafqazinfo” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev şəhərinin meri Vitali Kliçko açıqlayıb.
“Martın 15-i 20:00-dan martın 17-si 07:00-a qədər Kiyevdə komendant saatı tətbiq ediləcək”, - deyə Kliçko qeyd edib.
Bildirilir ki, komendant saatı zamanı xüsusi buraxılış olmadan şəhərdə hərəkət etmək qadağandır. Küçəyə yalnız sığınacağa getmək üçün çıxmaq olar.
Son xəbərlər
Son Xəbərlər