Kobaxidze Mişellə görüşdü

kobaxidze-miselle-gorusdu
Oxunma sayı: 1098

Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze ilk xarici səfəri çərçivəsində Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Gürcüstanın Aİ-yə üzvlük prosesini və bu istiqamətdə həyata keçirilən islahatları müzakirə ediblər.

Bildirilib ki, görüş zamanı Gürcüstandakı siyasi vəziyyət də müzakirə olunub. 

Kobaxidze Gürcüstan-Rusiya münaqişəsinin dinc yolla tənzimlənməsi prosesində Aİ-nin daha aktiv roluna ehtiyacı vurğulayıb.