“Kontakt”da uşaqlar üçün nağıl kimi Yeni il şənliyi keçiriləcək

kontaktda-usaqlar-ucun-nagil-kimi-yeni-il-senliyi-kecirilecek
Oxunma sayı: 1676

“Kontakt” ötən həftə olduğu kimi, bu həftə də mağazalarında balacalar üçün əsl Yeni il atmosferi yaradacaq.

Belə ki, məşhur blogerlər şəbəkənin bir sıra mağazalarına gəlib uşaqlar üçün bir-birindən maraqlı nağıllar oxuyacaq. Bununla yanaşı, nağıl personajları övladlarınızı kiçik hədiyyələrlə sevindirərək, onlarla birlikdə əyləncəli vaxt keçirəcək.

Xatırladaq ki, Yeni il şənlikləri aşağıdakı mağazalarda təşkil olunacaq:

· 23 dekabr, saat 14:00-da “Kontakt”ın “Vurğun Residence” mağazası;

· 23 dekabr, saat 17:00-da “Azadlıq prospekti” və “Gəncə Grand Qafqaz” mağazaları;

· 24 dekabr, saat 14:00-da “Xalqlar Dostluğu metrosu” mağazası;

· 24 dekabr, saat 17:00-da isə “Sumqayıt Sülh küçəsi” mağazası.

Odur ki, balacalarınızla birlikdə əyləncəli həftəsonu keçirmək üçün şəbəkənin yuxarıda sadalanan mağazalarından birinə yaxınlaşın. Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.