Koronavirusa görə bəzi məhbuslar azad olundu

Koronavirusa görə bəzi məhbuslar azad olundu
Oxunma sayı: 10354

Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrində saxlanılan bir qrup məhbus vaxtından əvvəl azadlığa buraxılıb.

Bu barədə " Qafqazinfo"ya İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı məlumat verib. O bildirib ki, bir müddət əvvəl koronavirus pandemiyasının yayılmasına görə ölkə rəhbərliyinə dustaqların azad edilməsiylə bağlı müraciət ediblər:

"Artıq prosesə start verilib. Təxminən 200-ə yaxın məhbus vaxtından əvvəl azad olunub. Bu proses hələ davam edəcək. Yəqin ki, bu kateqoriyaya düşən digər məhbuslar da vaxtından əvvəl azad olunacaq".

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi