Koronavirusa yoluxan şəxsin 23 yaşı var

koronavirusa-yoluxan-sexsin-23-yasi-var
Oxunma sayı: 15009

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin yanında operativ qərargah koronavirusla bağlı brifinq keçirir.

“Qafqazinfo” xəbər verir ki, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, bu gün rəsmi olaraq Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

İlkin araşdırma məntəqələrində yüksək hərarət müəyyən olunub. 1997-ci il təvəllüdlü xəstə xüsusi boks vəziyyətində saxlanılır. Vəziyyəti stabildir.

Y.Qarayevanın sözlərinə görə, xəstənin analiz nəticələri bir neçə saat əvvəl müəyyən olunub. Xəstəyə kontaktda olan hər kəs karantin altına alınıb. Sərhədi keçdiyi andan istiliyi olduğu üçün izolyasiya olunub.

Hazırda işçi qrupu araşdırma işi aparır.