Köşkə maskalı basqın etdilər - Foto

koske-maskali-basqin-etdiler
Oxunma sayı: 1306

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən köşklərdən birinə basqın edilib. 

“Qafqazinfo” xəbər verir ki, naməlum maskalı şəxslər obyektə daxil olaraq satıcıya bıçaqla hədə-qorxu gələrək 800 manat və 1000 manat dəyərində mobil operatorlara məxsus danışıq kartları ələ keçiriblər. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altan Ağamalıyev və Lerik rayon sakini Firuz Qasımlı saxlanılıblar. Onların üzərlərinə baxış keçirilən zaman köşkdən ələ keçirdikləri danışıq kartları, yaşadıqları mənzillərdən isə cinayət zamanı istifadə etdikləri papaqlar, əlcəklər və bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb. Qeyd edək ki, Altan Ağamalıyev əvvələr həmin köşkdə satıcı işlədiyindən cinayət törətmək təklifini də əvvəlcə o edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.