Küləyin zərər vurduğu şəhid məzarları bərpa olundu - Fotolar

kuleyin-zerer-vurdugu-sehid-mezarlari-berpa-olundu
Oxunma sayı: 2435

Bakının Zığ qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında ötən həftə güclü külək nəticəsində zədələnən iki şəhid məzarı bərpa olunub. 

Bu barədə “Qafqazinfo”ya Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib. Onun sözlərinə görə, artıq hər iki şəhidin məzarına yeni məzar daşı qoyulub.  

Qeyd edək ki, noyabrın 11-i gecə saatlarında güclü küləyin təsirindən Vətən müharibəsi şəhidlərinin məzar daşları bir neçə yerə bölünmüşdü. Dağılan məzarlardan biri Xətai, digəri isə Nərimanov rayonundan cəbhəyə yollanmış şəhidlərə məxsus idi. İcra Hakimiyyətlərinin əməkdaşları əraziyə cəlb olunmuş və məzar daşlarının bərpasına başlanılmışdı. 

Gülnar Əliyeva

Həmçinin oxuyun: Küləyin zərər vurduğu şəhid məzarları ilə bağlı açıqlama