Laçında 4.5 maqnitudalı zəlzələ oldu - Yenilənib

lacinda-45-maqnitudali-zelzele-oldu
Oxunma sayı: 3717

Bu gün saat 12:10-da Azərbaycanda zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 12:10-da Ağdam stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub. 10 km dərinlikdə yerləşib.

Zəlzələ Laçın rayonunda 4 bala kimi hiss olunub.

***

FHN-dən bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə quruma məlumat daxil olmayıb.