Laçında şəhid olan Anar Kazımov 4 ayın əsgəri olub

lacinda-sehid-olan-anar-kazimov-4-ayin-esgeri-olub
Oxunma sayı: 14601

Bu gün şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır.

“Qafqazinfo”nun Oxu.az-a istinadən məlumatına görə, A.Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub.

Xəbəri rus dilində oxuyun: Анар Казымов, ставший шехидом в Лачине, был призван на службу в апреле

O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. A.Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki məlum deyil.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

***

“Unikal” xəbər verir ki, Anar Kazımovun özündən başqa bir bacısı və bir qardaşı var.