Laçınlı məmurdan gözlənilməz addım - Referendumu dəstəklədi

lacinli-memurdan-gozlenilmez-addim
Oxunma sayı: 6715

Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir.
 
"Qafqazinfo" xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.
 
Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.