Latviyanın xarici işlər naziri Krişyanis Karinş Rusiya Səfirliyinin diplomatlarından birini “persona non-grata” elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Latviya XİN məlumat yayıb.
Qeyd olunub ki, Rusiya diplomatı aprelin 10-a kimi ölkəni tərk etməlidir.
Məlumata görə, bu gün Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Oleq Zıkov bu məsələ ilə bağlı nazirliyə çağırılıb:
“Rusiya səfirliyi Latviya dövlətinin dövlət qurumlarını və hakimiyyət orqanlarını nüfuzdan salmağa və Latviyada cəmiyyət arasında nifrətin qızışdırılmasına yönəlmiş düzgün olmayan ictimai bəyanatları davam etdirir”.