Lənkəranda iki bacı dəm qazından zəhərləndi

lenkeranda-iki-baci-dem-qazindan-zeherlendi
Oxunma sayı: 1734

Lənkəran rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakinləri, 1958-ci il təvəllüdlü Firayə Əliyeva və 1972-ci il təvəllüdlü Rəna Kərimova bacıları vanna otağında huşsuz vəziyyətdə tapılıblar.

Hər iki şəxs ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaxınlarının bildirdiyinə görə, vanna otağında odun sobası və üzərində buxar verən daşlar olub. İlkin ehtimala əsasən, qapalı məkanda yaranan buxar və tüstü dəm qazının toplanmasına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov