“Lider” TV-nin müflis elan edilməsi üçün nazirlikdən - Müraciət

lider-tv-nin-muflis-elan-edilmesi-ucun-nazirlikden
Oxunma sayı: 5483

Bir müddət öncə işçilərinin əksəriyyətini məcburi məzuniyyətə göndərən və işdən çıxaran “Lider” televiziyasının müflis elan olunması üçün rəsmi prosedurlara başlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi "Lider Tv və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə "Lider Tv və Radio-Azərbaycan” MMC-yə qarşı iddia qaldırıb.

Nazirliyin müraciətinə iyunun 8-i saat 11:00-da Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Lider TV-nin rəhbəri Ədalət Əliyevdir.