“Liqada qələbə qazanmaq çox çətindir”

liqada-qelebe-qazanmaq-cox-cetindir
Oxunma sayı: 2115

“Son dəqiqələrdə fərqləndik, ikinci hissədə daha yaxşı fürsətlərimiz oldu, amma təəssüf ki, problemlər özünü göstərdi. Oyundan, futbolçularımdan narazılığım yoxdur. Əsas nəticədir. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında deyib.  

O, Azərbaycan Premyer Liqasının 26-cı turunda “Qarabağ”a 1:3 hesablı məğlubiyyətdən danışıb. Daha sonra R.Sadıqov sualları cavablandırıb:  

- “Zirə” hazırda 6-cı yerdədir. Diqqəti kuboka yönəldəcək? 
- Önümüzdəki komanda ilə 1 xal, ikinci İlə 3 xal fərq var. Yəni çempionatda yolumuza davam edirik.  

- 2-ci pillədən başlayaraq 6-cı pilləyə qədər komandalar arasında cüzi xal fərqi var. Bu üzərinizdə təzyiq yaradır? 
- Təbii ki, saxlayır. Oyunların gərgin keçməsi bununla bağlıdır. 26-cı turdur, amma komandaların qələbə sayı azdır. Liqada qələbə qazanmaq çox çətindir. Oyunu stabil qoruyub saxlamaq lazımdır. 6 futbolçumuz oyunda iştirak etmədi, bu da təsir göstərdi. 

- Sezar Meza Kolli sizə mövsümün qalan hissəsində kömək edəcək? 
- Bu gün onu oynatmaq planda yox idi. Amma girdi qol vurdu, təhlükəli vəziyyət yaratdı. Daha yaxşı formaya düşəcəyinə inanıram.  

- Çempionatda hədəfiniz neçənci yerdir? 
- Ən pis halda 3 və ya 4-cü yeri tutmağı düşünürük. Hər kəs istəyər ki, Avropa Liasında oynasın. İstərdik ki, 2-ci yeri tutaq. Ama gedişata baxacağıq.  

- “Qarabağ”ın “Bayer”lə cavab oyunu haqqında nə düşünürsünüz?  
- Rəqib güclü rəqibdir. Hamımız istəyirik ki, “Qarabağ” rəqibi keçsin. Başqa kimsə olsa, deyərdik ki, şansları yoxdur. Ama Qurban müəllimə baxdıqda  “Qarabağ” öz azarkeşlərini sevindirəcək.