Lirə dollar qarşısında tarixi minimuma enib

lire-dollar-qarsisinda-tarixi-minimuma-enib
Oxunma sayı: 4588

Türkiyə lirəsi bu gün dollar qarşısında tarixi minimumunu yeniləyib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, gün ərzində onlayn hərraclarda 1 dollar 32,02 lirə təşkil edib. 

Bundan əvvəlki göstəricidə isə 1 dollar 31,93 lirəyə bərabər idi. 

Eyni zamanda, lirə avro qarşısında da ucuzlaşıb. Belə ki, martın 8-i 1 avro 34,98 lirə olsa da, hazırda 35,06 lirə səviyyəsində qərarlaşıb.