Litva Rusiyanı “terrorçu dövlət” kimi tanıdı

litva-rusiyani-terrorcu-dovlet-kimi-tanidi
Oxunma sayı: 912

Litva Seymi (parlament) Rusiyanın Ukraynada həyata keçirdiyi fəaliyyətləri soyqırımı olaraq tanıyan qətnamə qəbul edib.

“Qafqazinfo” “Delfi”yə istinadən xəbər verir ki, qətnamənin lehinə 128 deputat yekdilliklə səs verib.

Bununla yanaşı, Seym Rusiyanı terroru dəstəkləyən və həyata keçirən dövlət olaraq tanıyıb.

Sənəddə deyilir ki, Rusiya Silahlı Qüvvələri və muzdlular Ukrayna ərazisində, xüsusən də, Buça, İrpen, Mariupol, Borodyanka və Qostomel şəhərlərində kütləvi hərbi cinayətlər törədib.