Loboda Ukrayna vətəndaşlığından imtina edib

loboda-ukrayna-vetendasligindan-imtina-edib
Oxunma sayı: 5533

Ukraynanın Əməkdar artisti Svetlana Loboda bu ölkə vətəndaşlığından imtina edib.

“Qafqazinfo” Rusiyanın “FAN” internet dərgisinə istinadən xəbər verir ki, müğənni artıq uzun müddətdir Ukrayna vətəndaşı deyil və son vaxtlar öz qonorarını Avropa İttifaqı vətəndaşı kimi yalnız avro ilə tələb edirdi.

“Loboda üçün narahat olmaq lazım deyil. O, Malta vətəndaşıdır. Ukrayna vətəndaşlığından imtina edib”, - “FAN” musiqi prodüseri Kirill Çibisovun sözlərini sitat gətirir.

Prodüser qeyd edir ki, Ukraynadakı vəziyyətlə bağlı axıdılan göz yaşları sifarişlədir: “Onlar heç nə axıtmır. Onlar özləri üçün hovuzun kənarında oturub kokteyl içirlər. Kimsə Dubaya uçub, kimsə də Marbelyaya. Heç kim Kiyevdə oturmur”.