“Location”dakı partlayışda xəsarət alanlardan daha bir nəfər öldü

locationdaki-partlayisda-xesaret-alanlardan-daha-bir-nefer-oldu
Oxunma sayı: 5546

"Location" gecə klubunda baş verən partlayışda xəsarət alanlardan daha bir nəfər vəfat edib.

"Qafqazinfo"nun məlumatına görə, Ayxan Fətullazadə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

TƏBİB-dən gəncin ölümünü saytımıza təsdiqləyiblər. Bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

Xəbəri rus dilində oxuyun: Борис Джонсон посетил Киев - Видео

Qeyd edək ki, Ayxanın da vəfatıyla klubda baş verən partlayışda ölənlərin sayı dördə çatıb. Ayxan sözügedən klubda ofisiant kimi çalışırdı.

Emin Səfərov