Lunyov Rusiya millisinin düşərgəsində - Video

lunyov-rusiya-millisinin-dusergesinde
Oxunma sayı: 2680

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, 32 yaşlı qapıçı 2 ildən sonra milliyə dəvət alıb. 

Belə ki, Rusiya yığması martın 21-i Serbiya ilə, 25-i isə Paraqvayla yoldaşlıq görüşü keçirəcək. Lunyov da bu görüşlərin iştirakçısı olacaq. 

Qeyd edək ki, Andrey Lunyov cari mövsümün əvvəlindən "Qarabağ"da çıxış edir.