Magistral yolda saatda 187 ilə sürüb - Video paylaşdı - Yenilənib

magistral-yolda-saatda-187-ile-surub
Oxunma sayı: 1523

Sürücü magistral yolda sürət həddini kəskin şəkildə artıraraq təhlükəli vəziyyət yaradıb.

“Qafqazinfo” xəbər verir ki, o, həmin anları videoya çəkərək sosial şəbəkədə paylaşıb.

Belə ki, BYD markalı avtomobilin sürücüsü sürət həddini saatda 187 km/saata çatdırıb. Onun bu hərəkəti geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq  bildirilib ki, görüntülərlə bağlı polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılır: “Sürücü barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi təmin olunacaq”.

Sözügedən görüntüləri təqdim edirik:

***

DİN Mətbuat xidmətinin Gəncə regional bölməsindən “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşlarının keçirdiklər müvafiq tədbirlər nəticəsində 20-FH-795 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobili yüksək sürətlə idarə edən sürücü 37 yaşlı Elçin Allahverdiyev saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib, sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür.