Mahaçqala aeroportu fəaliyyətini bərpa etdi - Yenilənib

mahacqala-aeroportu-fealiyyetini-berpa-etdi
Oxunma sayı: 2744

Dağıstanın paytaxtı Mahaçqala şəhərinin hava limanının oktyabrın 31-i gecə saatlarında fəaliyyətini bərpa edəcəyi gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) öz teleqram kanalında paylaşıb.

Bildirilir ki, hava limanının ərazisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən diqqətlə yoxlanıldıqdan sonra aeroport fəaliyyətini bərpa edə bilər.

Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. Etirazçılar kütləvi şəkildə aeroportun binasına daxil olublar. İnsidentlə bağlı hava limanı bağlanıb. Daha əvvəl verilən məlumatda aeroportun noyabrın 6-na qədər bağlı olacağı qeyd olunub.

***

“Rosaviasiya”nın məlumatına görə, Mahaçqala hava limanı öz fəaliyyətini bərpa edib. 

Belə ki, Moskva vaxtı ilə 14:00-dan etibarən aeroport reysləri qəbul etməyə və yola salmağa başlayıb. 

“Bununla yanaşı, “Azimut” və “Red Wings” aviaşirkətlərinin Təl-Əvivdən Mineralnıe Vodı və Mahaçqala şəhərlərinə nəzərtə tutulan reysləri müvəqqəti olaraq Rusiyanın digər şəhərlərinə yönləndiriləcək”, - deyə məlumatda qeyd olunub.