Dağıstanda hava limanı bağlandı - Video + Yenilənib

dagistanda-hava-limani-baglandi
Oxunma sayı: 12049

Dağıstanın paytaxtı Mahaçqalada hava limanı blokadaya alınıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb İsraildən enməsi planlaşdırılan təyyarə olub.

Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər.

***

Hadisə ilə bağlı hava limanı bağlanıb.

Lakin izdiham hələ də davam edir. Hazırda Dağıstanın gənclərlə iş üzrə naziri Kamil Saidov və milli siyasət naziri Enrik Müslümov ərazidədir.

Həmçinin rus əsgərləri və polis xüsusi təyinatlıları da hava limanına daxil olub.