Mahir Emreli “Dinamo”nu məğlubiyyətdən xilas etdi - Video

mahir-emreli-dinamonu-meglubiyyetden-xilas-etdi
Oxunma sayı: 6433

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən komanda 14-cü tur çərçivəsində “Varajdin”lə qarşılaşıb.

Bu oyunda qalib müəyyənləşməyib – 1:1.

Emreli də bu matçın iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb. Komandasının bərabərlik qolunu da 90+4-cü dəqiqədə Mahir vurub.

“Dinamo” hazırda turnir cədvəlində 23 xalla 3-cü pillədə qərarlaşıb.