Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin “Konyaspor” klubu ilə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, hücumçu bu haqda özünün instaqram səhifəsində yazıb.
“Hər şey üçün təşəkkürlər, “Konyaspor”,- deyə futbolçu qeyd edib.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdacaq.