Maksimal nəticə göstərən abituriyentlər BANM-i seçirlər

maksimal-netice-gosteren-abituriyentler-banm-i-secirler
Oxunma sayı: 7449

Buraxılış imtahanlarında 300 bal toplamaqla ən yüksək nəticə göstərən Amalya Əliyeva və Fatimə Qasımova Bakı Ali Neft Məktəbində təhsil almaq arzusundadırlar.

“Qafqazinfo” xəbər verir ki, Amalya Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin, Fatimə isə Bakı şəhər 146 saylı orta məktəbin şagirdidir.

Amalya BANM-in İnformasiya təhlükəsizliyi, Fatimə isə Kimya mühəndisliyi ixtisasında təhsil almağı arzulayır.