Mariya Stadnikdən ad günü - Fotosessiyası

mariya-stadnikden-ad-gunu
Oxunma sayı: 3574

İkiqat dünya çempionu, onqat Avropa çempionu, Azərbaycan Güləş Federasiyasının qadın güləşi üzrə koordinatoru Mariya Stadnikin 37 yaşı tamam olur.

“Qafqazinfo”nun məlumatına görə, Stadnik bu münasibətlə instaqram hesabında yeni fotolarını paylaşıb. 

“Ən dəyərli şeylərin hamısı içimizdədir. Yaş yalnız müdriklik qatır və xarici mənzərəni dəyişir. Salam, 37 yaşım”, - o yazıb.