Masazırda liderlik mübarizəsi

masazirda-liderlik-mubarizesi
Oxunma sayı: 687

Bu gün Misli Premyer Liqasında 1-ci turdan təxirə salınmış oyun keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, lider “Qarabağ” Masazırda əsas izləyicisi “Sabah”ın qonağı olacaq.

Qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.

“Qarabağ” hazırda 33 xalla vahid liderdir. “Sabah” isə 31 xalla ikinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası
1-ci turdan təxirə salınmış oyun
18 dekabr

“Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
“Bank Respublika Arena”, 19:30.